Azərbaycan Türkiyədə daşınmaz əmlak alqısı üzrə ilk beş ölkədən biridir

Azərbaycan Türkiyədə daşınmaz əmlak alqısı üzrə ilk beş ölkədən biridir
08:17 23 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycan Türkiyədə daşınmaz əmlak alqısına qoyulan investisiyalar üzrə ilk beş ölkə sırasına daxildir, Türkiyə isə Azərbaycanda daşınmaz əmlak sektorunda investisiyaların həcminə görə liderdir.

Milli.Az bildirir ki, bu barədə Trend-ə eksklüziv müsahibəsində Türkiyənin gömrük və ticarət naziri Bülənt Tüfenkci deyib.

B.Tüfenkci qeyd edib ki, türk biznesmenləri Azərbaycanda aqrar sənaye (kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlıq), balıqçılıq və balıq sənayesi, qida məhsullarının istehsalı, yüngül sənaye (parça və ipək istehsalı), maşınqayırma, turizm, elektroenergetika kimi iqtisadiyyat sahələrinə investisiya yatırmağa hazırdır.

Nazir deyib: "Azərbaycanın investisiya cəlbində əsas üstünlükləri ondadır ki, ölkə sürətlə inkişaf edən iqtisadiyyata malikdir, burada müvafiq biznes-mühit yaradılıb, yüksək səviyyəli rəqabət mövcuddur". Tüfenkci onu da əlavə edib ki, Türkiyə hazırda Azərbaycanın qeyri-neft sektorunda investisiyalaın həcminə görə liderdir.

Nazirin sözlərinə görə, Türkiyə və Azərbaycan ticarət əlaqələrini də inkişaf etdirməli və şaxələndirməlidir. Çünki "güclü Azərbaycan" həm də "güclü Türkiyə" deməkdir.

B.Tüfenkci deyib: "Bizim ticarət dövriyyəmizin və Azərbaycan iqtisadiyyatına qoyduğumuz investisiyanın əsas hissəsi energetika sahəsinə düşür".

Qeyd edək ki, bu gün Azərbaycanda 2 700 türk şirkəti fəaliyyət göstərir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/501442.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR