Yeni limit qaz tarifi əhalinin neçə faizinə şamil ediləcək?

Yeni limit qaz tarifi əhalinin neçə faizinə şamil ediləcək?
14:32 23 Dekabr 2016
179 Ölkə
Ölkə mətbuatı
A- A+

"Təbii qazdan istifadəyə görə güzəştli limitlərin artırılması ilə diferensiallaşdırılmış tariflər abunəçilərin 75 faizinə şamil olunmayacaq".

Milli.Az xəbər verir ki, bunu Trend-ə SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev deyib.

O qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə Tarif Şurasının limitlərə yenidən baxılması qərarı əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlib.

İ.Kərbəlayev deyib: "İllik qaz istehlakının əvvəlki tarif üzrə (min kubmetr üçün 0,1 manat) limiti 1500 kubmetrdən 1700 kubmetrədək artırılıb. Bu isə o deməkdir ki, yeni hesablama mexanizminin əhatə etmədiyi əhali qrupu 75 faizədək yüksələcək. Biz əhalinin maraqlarını müdafiə edən bu qərarı alqışlayırıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/501584.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR