Nazirlik: "Qripə görə müraciətlərin 20 faizi uşaqlarla bağlıdır"

Nazirlik: "Qripə görə müraciətlərin 20 faizi uşaqlarla bağlıdır"
16:32 23 Dekabr 2016
117 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda kəskin respirator viruslara yoluxmalara görə laborator müayinələrin aparılması üçün edilən müraciətlərin təxminən 20 faizi uşaqlarla bağlı olur.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyi (SN) Respublika Taun Əleyhinə Stansiyanın (RTƏS) Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri, tibb elmləri namizədi Rita İsmayılova deyib.

Onun sözlərinə görə, oktyabr ayının əvvəlindən indiyədək tibb müəssisələrindən stansiyaya xəstələrdən götürülmüş 236 müayinə materialı daxil olub. Müayinələr zamanı həmin nümunələrdə paraqrip, adena virus, kəskin respirator infeksiyalar aşkar olunub. Amma qrip, o cümlədən patogen qrip aşkarlanmayıb: "Bunlar qrip deyil, sadəcə, onların əlamətləri qripə oxşar olur. Paraqrip, adena virus olarkən orqanizmdə soyuqlama əlamətləri müşahidə edilir, amma bu xəstəliklərdən ağırlaşmalar olmur. Bizə daxil olan nümunələr də yüksək hərarət, başağrısı, öskürək kimi əlamətlər müşahidə edilən xəstələrdən götürülüb. Həmin xəstələrin heç birində ağırlaşmalar olmayıb, onların hamısı sağalıb".

R.İsmayılova deyib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə RTƏS-ya daxil olan nümunələrin sayı azalıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/501609.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR