Azərbaycana qarşı kəşfiyyat aparmaqda şübhəli bilinən şəxslər saxlanıldılar

Azərbaycana qarşı kəşfiyyat aparmaqda şübhəli bilinən şəxslər saxlanıldılar
17:22 23 Dekabr 2016
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu il 2015-ci il ilə müqayisədə 7,2 dəfə çox narkotik vasi­tənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

Milli.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin 2016-cı ildə xid­məti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.
 
Qeyd olunub ki, 2016-cı ildə Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqan­ları ilə əlaqədə şübhəli bilinən 7 Azərbaycan, 1  əcnəbi vətəndaş, məx­fi əmək­daşlığa cəlb olunmuş 4 Azərbaycan vətəndaşı müəyyən edilib.
 
Həmçinin xaricdə münaqişə zonalarında dö­yüşmüş 8 Azərbaycan vətəndaşı saxlanılıb, qanun­suz miq­rasiya ilə məşğul olan 6 qrup, qaçaqmalçılıq, narkotik mad­dələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 mütəşəkkil cinayətkar dəs­tə zərərsizləşdirilib.
 
Habelə sərhəd reji­mini pozduqlarına görə 13 min 248 nəfər, axtarışda olan 4590 nəfər, dövlət sərhədini pozduqlarına görə 503 nəfər saxlanılıb.
 
Hesabat dövründə 49 milyon 319 min manat dəyərində qa­çaq­malın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb, buda 2015-ci il ilə müqayisədə 8,3 dəfə çoxdur.
 
2015-ci il ilə müqayisədə 7,2 dəfə çox narkotik vasi­tənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb (2015-ci ildə 165 kq 185 qram narkotik vasitə tutulduğu halda, 2016-cı ildə bu göstərici 1 ton 189 kq 997,7 qram olmuşdur).

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/501628.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR