Əli Əhmədov: "Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar yeni yüksəlişlərə təkan verəcək"

Əli Əhmədov: "Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar yeni yüksəlişlərə təkan verəcək"
12:42 24 Dekabr 2016
93 Ölkə
Ölkə mətbuatı
A- A+

"XX əsrin son onilliyində Azərbaycanın iqtisadi tənəzzülünün qarşısının alınması və gələcək inkişafının təmin edilməsi ümummilli lider Heydər Əliyevin uğurlu iqtisadi strategiyasının nəticəsi idi".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov YAP tərəfindən təşkil olunan "Gələcəyin ünvanı: prezident İlham Əliyevin islahatlar strategiyası" adlı konfransda çıxışı zaman deyib.

Ə.Əhmədov bildirib ki, eyni fikirləri XXI əsrdə Azərbaycanın iqtisadi inkişafı haqqında da demək olar: "Cənab prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı dünyanın ən sürətli və dinamik inkişaf edən iqtisadiyyatına çevrildi və illər boyu bu birinciliyin qorunub saxlanması xalqımızın qürur mənbəyidir. Azərbaycan bununla dünyaya öz qüdrətini sübut edə bildi".

Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan yeni inkişaf astanasında dayanır: "Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar yeni yüksəlişlərə təkan verəcək. Azərbaycanın yeni islahatlar konsepsiyası hazırlanıb və bu konsepsiyanın həyata keçirilməsi Azərbaycanın yeni iqtisadi inkişaf mərhələsinə qalxmasına imkan verəcək və ölkəmiz cənab prezident İlham Əliyevin rəhbərliyi ilə yeni iqtisadi inkişafa nail olacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/501787.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR