Facebook-da radio da dinləmək mümkün olacaq

Facebook-da radio da dinləmək mümkün olacaq
17:47 25 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bu xidmətin sayəsində onlayn rejimdə audio yayımlar həyata keçirmək mümkün olacaq. Funksiya öncə radiostansiyalara və audiokontentlə işləməyə üstünlük verən şirkətlərə istiqamətlənib. Sosial şəbəkənin ilk tərəfdaşları BBC və LBC olub.

Milli.Az xəzərxəbər-ə istinadən xəbər verir ki, bu barədə şirkətin rəsmi bloqunda məlumat verilib.

İstifadəçilər "Android" və iOS əməliyyat sistemlərində Facebook əlavəsində radio dinləyə biləcəklər. Bununla belə, "iPhone" və "iPad" sahibləri üçün striminq yalnız sosial şəbəkənin açıq xidmətində əlçatan olacaq. Öz növbəsində, "Android" cihazların istifadəçiləri yayımları cihazın ekranı blokda olan zaman da dinləyə biləcəklər.

Facebook sosial şəbəkənin bütün iştirakçıları üçün artıq 2017-ci ilin əvvəlindən audio yayımlara başlamağı planlaşdırır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/501973.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR