Bu gün vəfat edən xalq artisti 11 gün əvvəl oğluna toy etmişdi - FOTO

Bu gün vəfat edən xalq artisti 11 gün əvvəl oğluna toy etmişdi - FOTO
18:23 25 Dekabr 2016
378 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün vəfat edən xalq artisti Ağaxan Abdullayev cəmi 11 gün əvvəl oğlu Orxana toy edibmiş. Publika.az qaynarinfo.az-a istinadən xəbər verir ki, dekabrın 14-də Bakıdakı restoranlardan birində baş tutan məclisə sənət aləminin tanınmış simaları qatılıb.

Onlar arasında millət vəkili Ziyad Səmədzadə, xalq artisti Mənsum İbrahimov, əməkdar artistlər Sevda Ələkbərzadə, Lalə Məmmədova, müğənni Xatirə İslam və başqaları yer alıb.
Ağaxan Abdullayevin 4 oğlu var. Orxan muğam ifaçısının üçüncü övladıdır. Orxan tarzən kimi fəaliyyət göstərir.
Xalq artisti onkoloji xəstəlikdən əziyyət çəkirdi. Dekabrın 15-də ustad xanəndənin oğlunun toyu olmuşdu.















Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/181262.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR