"Report"un futbolçunun çıxış etdiyi Almaniyanın "Volfsburq" klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, Draksler qarşıdakı 4 ildə Paris təmsilçisinin heyətində çıxış edəcək.
23 yaşlı yarımmüdafiəçinin transfer qiyməti ilə bağlı açıqlama verilməyib. Ancaq Fransa mətbuatı PSJ-nin keçid üçün 40 milyon avro ödəyəcəyini qeyd edib.
Y.Draksler Almaniya Bundesliqasında 153 oyuna çıxıb. Futbolçunun aktivində 23 qol və 26 qol ötürməsi var.