Portuqaliya Premyer Liqasında XVI turun oyunları davam edir.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, milli komandamızın oyunçuları Kamran Ağayev və Emin Mahmudovun formasını geyindiyi "Boavişta" "Setubal"ı qəbul edib.
Görüş meydan sahiblərinin minimalhesablı qələbəsi ilə yekunlaşıb.
Kamran oyuna start heyətində başlayıb və 90 dəqiqə meydanda olub. Emin isə qələbəni ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, 16 turdan sonra hesabında 20 xal olan "Boavişta" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
Milli.Az