Azərbaycan çempionunun rüsvayçı çıxışı

Azərbaycan çempionunun rüsvayçı çıxışı
11:47 13 Yanvar 2017
60 İdman
Ölkə mətbuatı
A- A+

Qadın voleybolçular arasında Çempionlar Liqasında 2016/2017 mövsümünün antirekordu qeydə alınıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu antirekorda Azərbaycan çempionu "Azərreyl" imza atıb.

Famil Ağayevin komandası II turda Türkiyə "Fənərbağça"sı ilə oyunda aldığı darmadağınla özünü biabır edib. Bakı təmsilçisinin 3-cü setdə cəmi 9, oyun ərzində isə 40 xal toplaması mövsümün ən bərbad göstəricisidir. Belə ki, başa çatan 2 turun 16 oyununda heç bir komanda belə aciz olmamışdı.
 
"Azərreyl"ə qədər antirekord dəfələrlə klublarımıza qarşılaşmalardan tanıdığımız və qalib gəldiyimiz "Dresdener"ə məxsus idi. Almaniya klubu I turda Türkiyə "Əczaçıbaşı"sı tərəfindən "döyülmüşdü". Onlar ikinci setdə 11, matç ərzində isə 49 xal toplamışdılar - 0:3 (17:25, 11:25, 21:25). Lakin "Azərreyl" "Dresdener"in hər 2 göstəricisinə həsəd aparacaq səviyyədə çıxış edib.
 
Qeyd edək ki, "Azərreyl" "Fənərbağça"ya 0:3 (12:25, 19:25, 9:25) hesabı ilə uduzub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/507228.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR