"Barselona"nın yarımmüdafiəçisi Arda Turan da Çinə köçməyə hazırlaşır.
Ulduz futbolçu "Şanxay Şenxua" klubunun təklifini qəbul edib.
Ötən mövsümün əvvəlində 41 milyon avro müqabilində "Atletiko"dan
"Barselona"ya keçən Türkiyə millisinin kapitanı "Şanxay Şenxua"
rəhbərliyinin israrlı təkliflərinə biganə qala bilməyib.
"Barselona"da da əsas heyətə düşməkdə çətinlik çəkən 30 yaşlı
oyunçu sonda çinlilərin 3 illik müqavilə təklifini qəbul etməli
olub. Bu transfer reallaşarsa, onun Super Liqa təmsilçisində illik
maaşı 20 milyon avro təşkil edəcək.
Futbolçunun razılığını alan Qusvato Poyenin çalışdırdığı komanda
artıq "Barselona" klubu ilə danışıqlara start verib. Onların
Kataloniya təmsilçisinə astronomik məbləğdə pul təklif etməsi
gözlənilir.
Qeyd edək ki, Demba Ba, Fredi Quarin və Obafemi Martins kimi
tanınmış futbolçular hazırda "Şanxay Şenxua"nın formasını
geyinirlər. (apa)