Mahmud Abbas və Roma Papası Vatikanda Fələstin səfirliyinin açılmasını müzakirə ediblər

Mahmud Abbas və Roma Papası Vatikanda Fələstin səfirliyinin açılmasını müzakirə ediblər
16:47 14 Yanvar 2017
48 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 yanvar. REPORT.AZ/ Roma Papası Fransisk Vatikanda Fələstin prezidenti Mahmud Abbası qəbul edib.
"Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, pontifik və M.Abbasın söhbəti 23 dəqiqə davam edib, tərəflər bir-birinə hədiyyələr təqdim ediblər. 
Söhbətin əsas mövzusu Vatikanda Fələstin səfirliyinin açılması məsələsi olub. Fələstin dövlət başçısı rəsmi açılışda iştirak etmək üçün gəlib. 
"Bu, Papanın Fələstin xalqını və sülhü sevdiyinin əlamətidir", - Mahmud Abbas Roma Papası ilə görüşdən sonra bildirib. 


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/mahmud-abbas-ve-roma-papasi-vatikanda-felestin-sefirliyinin-acilmasini-muzakire-edibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR