86 yaşlı qadının iki əsrlik yadigarı

86 yaşlı qadının iki əsrlik yadigarı
21:05 14 Yanvar 2017
119 Ölkə
Ölkə mətbuatı
A- A+

Goranboyun Qızılhacılı qəsəbəsinin yaşlı sakini yaşı 2 əsrə bərabər, gümüşdən olan daş-qaşları hələ də saxlayır. Nənənin dediyinə görə, bu əşyalar ona anasından yadigar qalıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, 86 yaşlı qadın illərdir sadə görünüşlü kəmər, incə toxumalı qədim yaxalıqları qoruyub saxlayır.

Göz oxşayan qadın və kişi bəzək əşyaları, Goranboyun Qızılhacılı qəsəbə sakini Nüvər Mirzəyevaya məxsusdur. Kənd sakini gümüşdən hazırlanan əşyaların tarixinin 2 əsr-dən çox olduğunu deyir. Nüvər nənə gümüş kəmərin uzun illər böyük qardaşının istifadə etdiyini bildirdi. Görünüşcə ilana bənzəyən əşya bir çoxlarının diqqətini cəlb edib.

İri görünüşü, üzərindəki işləmələrlə diqqət çəkən sinəbənd isə 86 yaşlı qadının anasının toy mərsimindən qalıb. Nəsildən-nəslə keçib bu günə çatan əşya daha qiymətli sayılır.

Qızılhacılı qəsəbə sakini qədim əşyaları yüksək məbləğ təklif edərək almaq istəyənlərin çox olduğunu bilidirsə də, daş-qaşları yadigar saxlayacağını deyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/507779.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR