Sona Vəliyeva Türkiyənin İstanbul Böyük şəhər Bələdiyyəsi teatrında - FOTO

Sona Vəliyeva Türkiyənin İstanbul Böyük şəhər Bələdiyyəsi teatrında - FOTO
21:53 14 Yanvar 2017
Ölkə mətbuatı
A- A+

"Kaspi” qəzetinin təsisçisi, Milli Teleradio Şurasının üzvü Sona Vəliyeva Türkiyənin İstanbul Böyük şəhər Bələdiyyəsi Teatrını ziyarət edib. Azadinform teatrın saytına istinadən xəbər verir ki, Sona Vəliyeva teatrın müdiri Salif Elifoğlu və sənət yönətməni Süha Uygurla görüşüb.

Görüşdə teatrın rejissoru, azərbaycanlı aktirisa Məlahət Abbasova da iştirak edib. M.Abbasova azxeber.com.-a bildirib ki, S.Vəliyeva Avropa və Asiyanın ən böyük teatrı olan İstanbul Şəhər Teatrını ziyarət edərək bir azərbaycanlı olaraq həm mənə, həm də teatr kollektivimizə şərəf verdi: "Sona xanımın teatrımıza ziyarəti Türkiyə mediasında da geniş işıqlandırıldı. Mənim İstanbulda səhnəyə qoyacağım Hüseyn Cavidin "İblis" tamaşası haqda fikir mübadiləsi apardıq. İsti və səmimi münasibətə görə teatrımızın müdiri Salif Elifoğluna və Süha Uygura təşəkkür edirəm. Sona xanım "İblis" tamaşasının baş məsləhətçisidir. Bir Cavidşünas olaraq məşqlərimiz və tamaşalarımız boyuncaq bizə hər cür məlumat verəcəyinə, yardım edəcəyinə söz verdi".


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/183752.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR