“Uşaqların oyun intizamı, matça köklənməsi xoşuma gəldi” - AÇIQLAMA

“Uşaqların oyun intizamı, matça köklənməsi xoşuma gəldi”  - AÇIQLAMA
21:47 15 Yanvar 2017
52 İdman
Ölkə mətbuatı
A- A+

“Qələbəylə başlamaq pis deyil. Əlbəttə ki, çatışmazlıqlar çox oldu. Hələ ilk oyundu”. Bu sözləri Fanat.Az-a açıqlamasında Qurban Qurbanov deyib.


Bu gün Antalyada Albaniya “Şkenderbeu”suyla sınaq matçına çıxan və minimal hesablı qələbə qazanan Ağdam təmsilçisinin baş məşqçisi daha sonra əlavə edib:

“İndiki durumda fiziki hazırlıq çox önəmlidi. Onların fiziki hazırlığı bu gün üçün daha yaxşıydı. Rəqib hazırlığın fərqli mərhələsindədi. Albaniyada çempionat bizdəkindən tez başlayır. Komandamın oyun intizamı, matça köklənməsi xoşuma gəldi. Texniki səhvlər isə başadüşüləndi. Qarşıda daha iki sınaq oyunumuz var. Həmin görüşlərdə çatışmazlıqları aradan qaldıracağımıza inanıram”.


Qurbanov yoxlama görüşündə yeganə qolu vuran Ağabala Ramazanovdan da danışıb:

“Ağabala qismən həyəcanlı görünürdü. Bəzi top itkiləri oldu. Ümumilikdə çıxışı normal alındı. Ramazanov sürəti,aqressivliyi ilə seçilən oyunçudu. Amma bu gün ondan hər şeyi çox üst səviyyədə tələb etmək də olmaz. Komandaya yeni qoşulub. Qol vurması uyğunlaşma, özünəinam baxımından faydalıdı”.

 


Fanat.Az   


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-uaqlarn-oyun-intizam-matca-koklnmsi-xouma-gldi-t55590.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR