Braziliyada türmədə qiyam zamanı ən azı 30 nəfər ölüb

Braziliyada türmədə qiyam zamanı ən azı 30 nəfər ölüb
23:47 15 Yanvar 2017
49 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 yanvar. REPORT.AZ/ Ötən gün Braziliyanın şimalında yerləşən Riu-Qrandi-du-Norti ştatının həbsxanasında baş verən qiyam zamanı ən azı 30 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə "Reuters"in məlumatında bildirilir.
Bundan əvvəl 10 nəfərin öldüyü, onlardan üç nəfərinin başının kəsildiyi xəbər verilmişdi.
Agentlik qeyd edir ki, hadisə qurbanlarının sayı daha çox ola bilər. Məlumdur ki, həbsxana 620 nəfər üçün nəzərdə tutulsa da, orada 1200 nəfər dustaq saxlanılır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/braziliyada-turmede-qiyam-zamani-en-azi-30-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR