Türkiyə referendumun vaxtı açıqlandı

Türkiyə referendumun vaxtı açıqlandı
03:28 16 Yanvar 2017
68 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası konstitusiyada dəyişikliklər üzrə referendumun keçiriləcəyi tarixi açıqlayıb.

Publika.az xəbər verir ki, ümumxalq səsvermənin 26 mart-18 aprel tarixlərində keçirilməsi planlaşdırılır.

Türkiyə Böyük Millət Məclisində (TBMM) Konstitusiya dəyişiklikləri barədə müzakirələrin birinci turu başa çatıb. Müzakirələrin ikinci turuna yanvarın 18-də start veriləcək.

Dəyişiklik və əlavələrə dair təkliflərin içərisində ən önəmlisi olan 8-ci maddəyə əsasən prezidentə icra səlahiyyəti verilir. O, nazirləri və digər dövlət idarələrinin rəhbərlərini təyin edəcək, vəzifədən uzaqlaşdıracaq, vitse-prezidentləri müəyyənləşdirəcək. Prezident dövlətin milli təhlükəsizlik siyasətini müəyyən edəcək, Konstitusiya dəyişikliklərini referenduma çıxara biləcək. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/183844.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR