Məşhur xəbər aparıcısı qəzaya düşdü: vəziyyəti ağırdır - FOTO

Məşhur xəbər aparıcısı qəzaya düşdü: vəziyyəti ağırdır - FOTO
09:22 16 Yanvar 2017
80 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin "CNN Türk" telekanalının idman xəbərlərinin məşhur aparıcısı Caner Karaer Sarıyerdə keçirdiyi yol qəzasında ölümdən dönüb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, ötən gün saat 11.30 radələrində Caner Karaer şəxsi avtomobili ilə hərəkətdə olarkən onunla eyni istiqamətdə şütüyən avtobus aparıcının maşınına çırpılıb. Qəza nəticəsində xəsarət alan aparıcı təcili tibbi yardım tərəfindən çatdırıldığı Okmeydanı Təhsil və Araşdırma Xəstəxanasında dərhal əməliyyat olunub.

Caner Karaerin qayının açıqlamasında "Karaer daxili qanaxma səbəbiylə əməliyyata alınıb. Bədəninin müxtəlif yerlərində qırıqlar mövcuddur. Hal-hazırda reanimasiyada saxlanılır" deyib.

Təhməz Təkin
Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/508001.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR