Qırğızıstanda 17 yanvar tarixinin matəm elan olunması ilə bağlı fərman hazırlanır.

Milli.Az Trend-ə istinadən xəbər veirr ki, bu barədə RİA Novosti-yə Qırğızıstan Prezidentinin mətbuat xidmətindən bildiriblər.

Qeyd edək ki, bu gün səhər saatlarında Bişkek yaxınlığında Türkiyənin "Türk Hava Yolları" aviaşirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsi qəzaya uğrayıb.

Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 32 nəfərin həlak olduğu bildirilir.

Milli.Az