Qırğızıstan Baş Prokurorluğu Bişkek yaxınlığında "Manas" beynəlxalq hava limanında Türkiyəyə məxsus "Boeing 747-400" yük təyyarısinin qəzaya uğraması və insan tələfatı ilə bağlı cinayət işi açıb.

Milli.Az xəbər verir ki, Trend bu barədə RİA Novosti-yə istinadən məlumat verir.

Qeyd edək ki, bu gün səhər saatlarında Bişkek yaxınlığında Türkiyəyə məxsus "Boeing 747-400" yük təyyarəsi qəzaya uğrayıb.

Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 32 nəfərin həlak olduğu bildirilir.

Milli.Az