“Unibank”ın rəhbərliyində dəyişiklik olacaq

“Unibank”ın rəhbərliyində dəyişiklik olacaq
10:47 16 Yanvar 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 yanvar. REPORT.AZ/ Fevralın 15-də “Unibank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. “Report” xəbər verir ki, yığıncaq saat 15:00-da Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi,55 ünvanında yerləşən baş ofisində baş tutacaq.
Yığıncağın gündəliyinə “Unibank”ın Müşahidə Şurasının üzvlərinin tərkibində dəyişiklik edilməsi və xüsusi əhəmiyyətli əqdlər haqqında məsələlər daxildir.
Xatırladaq ki, "Unibank" 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən möcvud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 70 565 232 manatdır. Bankın səhmlərinin 56,91%-i Eldar Mahmud oğlu Qəribova (Müşahidə Şurasının sədri), 12,15%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 6,68%-i Almaniyanın "DEG" investisiya şirkətinə, 4,41%-i Zemfira Mirzə qızı Cəfərovaya, 19,85%-i isə digər fiziki və hüququ şəxslərə, minoritar səhmdarlara məxsusdur.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/unibank-in-rehberliyinde-deyisiklik-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR