Bu gün səhər saatlarında Türkiyənin "Turkish Airlines" aviaşirkətinin Boeing-7476-400 yük təyyarəsi Qırğızıstanın paytaxtı Bişkek yaxınlığındakı Manas aeroportunun yanına düşüb.
Milli.Az Reuters-ə istinadən bildirir ki, Honkonqdan İstanbula uçan təyyarə Manas aeroportunda aralıq eniş etmişdi.
Təyyarənin bağ evlərinin üzərinə düşməsi nəticəsində 35 nəfər həlak olub, 47 nəfər yaralanıb.
Milli.Az










