Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qırğızıstanlı həmkarı Erlan Abdıldayevlə telefon danışığı zamanı Bişkek yaxınlığında yük təyyarəsinin qəzaya uğraması ilə bağlı istənilən yardıma hazır olduqlarını bildirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə RİA Novosti-yə Türkiyə XİN-dəki mənbə bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin "MyCARGO Airlines" şirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsi Bişkek yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 37 nəfərin həlak olduğu bildirilir.

Milli.Az