x
Loading...
.

Qırğızıstanda yanvarın 17-si matəm günü elan edildi

Qırğızıstanda yanvarın 17-si matəm günü elan edildi
11:23 16 Yanvar 2017
46 Dünya
Ölkə mətbuatı
A- A+
.

Qırğızıstan prezidenti Almazbek Atambayev “Boinq-747” yük təyyarəsinin qəzası nəticəsində çoxsaylı itkilərlə əlaqədar yanvarın 17-sini ölkədə matəm günü elan edib.

Publika.az bu ölkənin mediasına istinadən xəbər verir ki, matəm günü ölkə ərazisində, xaricdəki diplomatik və konsulluq nümayəndəliklərinin binalarında Qırğızıstanın dövlət bayraqları endiriləcək.

Ölkə ərazisində bütün əyləncə tədbirləri ləğv edilib.

Honkonqdan gələn "Turkish Airlines" aviaşirkətinə məxsus yük təyyarəsi Bişkekin Manas hava limanına eniş edən zaman qəzaya uğrayıb. Son məlumatlara görə, qəzada 4-ü ekipaj üzvü olmaqla, 37 nəfər həlak olub.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/183882.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR