"Deyirdilər, Aygünə görə Natavana qalib gəldin"

"Deyirdilər, Aygünə görə Natavana qalib gəldin"
12:22 16 Yanvar 2017
33 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Xatirə İslam şou-biznesdəki qruplaşmalardan danışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bir zamanlar ifaçının xalq artisti Aygün Kazımovanın yaratdığı qruplaşmada yer aldığı xəbəri yayılmışdı. Xatirənin 10 il əvvəl yarışların birində Natavan Həbibini udması bu söhbətləri daha da şiddətləndirmişdi. 

X.İslam "ATV maqazin onlarla" verilişində məsələyə aydınlıq gətirib:

"Aygün Kazımova sağdır, özündən soruşun. Mənim o xanımla heç bir küsülülüyüm olmayıb. Mənə deyirdilər ki, sən Aygün Kazımova ilə eyni qruplaşmada idin, ona görə Natavana qalib gəldin. Elə bir insanam ki, heç kim mənə deyə bilməz, nəyisə belə et. Mənə xoşluqla kimsə nəsə deyə bilər. Məni öldürmək asandır, nəinki qorxutmaq. Əgər Aygün xanım mənə nəsə desəydi, "baş üstə" deyərdim. Amma elə bir şey olmayıb. Yarışmada istədim səs-küy yaradım, hamı məndən danışsın. Yaratdım da... Mahnı oxuyursan ki, tutsun partlasın, hit olsun. Bu sənətdə elə addım atmalısan ki, hamı səndən danışsın".

İfaçı öz qruplaşmasından da söz açıb:

"Özünə hörmət edən, özünü tanıyan insan mənim qrupumda ola bilər".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/508071.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR