Türkiyə Qırğızıstana komissiya göndərəcək

Türkiyə Qırğızıstana komissiya göndərəcək
14:05 16 Yanvar 2017
30 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Nəqliyyat, Gəmiçilik və Kommunikasya Nazirliyi Qırğızıstanda "Boeing 747-400" yük təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılması üçün Bişkekə iki ekspertdən ibarət komissiya göndərəcək.

Milli.Az xəbər verir ki, Trend bu barədə adiçəkilən nazirliyin saytına istinadən məlumat verir.

Məlumatda həmçinin qeyd olunur ki, Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasya naziri Əhməd Arslan qırğızıstanlı həmkarına başsağlığı verib və Ankaranın bu məsələnin araşdırılmasında yardıma hazır olduğunu bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin "MyCARGO Airlines" şirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsi Bişkek yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 37 nəfərin həlak olduğu bildirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/508164.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR