x
Loading...
.

“Xrome”, “Opera” brauzerlərinin istifadəçiləri TƏHLÜKƏDƏ

“Xrome”, “Opera” brauzerlərinin istifadəçiləri TƏHLÜKƏDƏ
16:43 16 Yanvar 2017
Ölkə mətbuatı
A- A+
.

“Xrome”, “Safari”, “Opera” brauzerləri istifadəçiləri təhlükədədir.

Publika.az xəbər verir ki, bununla bağlı Finlandiyanın veb mütəxəssislərindən Viljamin Kuosmanen məlumat yayıb.

Onun sözlərinə görə, problemi qeydiyyatdan keçərkən “avtomatik doldurma” xidmətindən istifadə edənlər yaşayır.

Belə ki, onlayn alış-veriş etmək, daha sürətli əlaqələr qurmaq üçün bir çoxlarımız “avtomatik doldurma” xidmətindən istifadə edirik. Bu xidmətdə bizim adımız, elektron poçt ünvanınız, qeydiyyatda olduğunuz ünvan, telefon nömrəniz, hətta kredit kartınızın məlumatları da qalır. Finlandiyalı mütəxəssisin fikirlərinə görə, məhz bunun sayəsində adi bir formda belə “avtomatik doldurmaq” xidmətindən istifadə edərkən şəxsi məlumatların ələ keçirilməsi mümkündür.

Ona görə də, qeyd olunan brauzerlərdə bu xidmətdən istifadə etmisinizsə, məlumatlarınızı təkrar yoxlamağınız tövsiyə edilir.

“Firefox” istifadəçiləri isə bu problemi yaşamayacaq. Çünki onlarda belə bir xidmət yoxdur. Lakin bu yaxınlarda şirkət bu xidməti aktivləşdirəcəyini bəyan etmişdi. Ona görə də diqqətli olmaqda fayda var.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/183932.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR