Bişkekdə "Boeing 747-400" təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlardan 9 nəfərinin, o cümlədən 3 uşağın meyitləri tanınıb.

Bu barədə Trend "RİA Novosti"yə istinadən məlumat verir.

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin "MyCARGO Airlines" şirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsi Bişkek yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil olmaqla 37 nəfərin həlak olduğu bildirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində