Ermənistanın canından ikinci “aprel müharibəsi” qorxusu hələ çəkilməyib. Ankara İstanbuldakı “Reina” klubuna hücumda kəşfiyyatın iştirak etdiyini açıqlayıb. Donald Tramp nüvə arsenalının ixtisarına əvəz olaraq, Rusiyaya qarşı sanksiyaların ləğvini təklif etməyə hazırdır. Kiyev Haaqa Beynəlxalq Məhkəməsində Rusiyaya qarşı iddia qaldırmaq niyyətindədir. Türkiyəyə məxsus yük təyyarəsi Qırğızıstanda qəzaya uğrayıb.

Qarabağda “ikinci aprel”: Ermənistanda müharibə qorxusu

Dağlıq Qarabağ münaqişəsi zonasında 2016-cı ilin aprelində olduğu kimi, yeni müharibə mümkündür.

Bu barədə erməni politoloq Aleksandr İskəndəryan deyib. Onun sözlərinə görə, münaqişə üzrə danışıqlar prosesi heç nəyi dəyişdirməyəcək:

“ATƏT-in Minsk qrupu münaqişənin nizama salınması ilə bağlı real məşğul olmur, sadəcə olaraq, gərginliyi azaltmağa çalışır. Lakin gərginlik artacaq. Mən böyük müharibə görmürəm, lakin ciddi toqquşmaların baş verdiyi müharibə istisna deyil”, - deyə erməni politoloq bildirib.

Yeni il gecəsi İstanbulda “Reina” klubuna hücumda kəşfiyyat iştirak edib. Bu haqda Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş deyib. Baş nazirin müavini hansı ölkənin kəşfiyyat xidmətindən söhbətin getdiyini dəqiqləşdirməyib. Siyasətçinin sözlərinə görə, hücum peşəkarlıqla hazırlanıb. Kurtulmuş digər təfərrüatları açıqlamayıb.

Qeyd edək ki, özbək əsilli Abdulqadir Maşaripovun “Reina” gecə klubunu hücumu nəticəsində 39 nəfər ölüb, 65-i yaralanıb. Terror hücumuna görə məsuliyyət İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Bu gün Türkiyədə daha bir terror aktı törədilib. Diyarbəkr bölgəsində çevik polis qüvvələrinə edilən silahlı hücum nəticəsində 3 polis şəhid olub, 3-ü yaralanıb. Hücumu terrorçu PKK silahlılarının törətdiyi ehtimal edilir.

Cümhuriyyətçi Xalq Partiyası (CHP) konstitusiya dəyişiklikləri üçün keçiriləcək referenduma etiraz olaraq Konstitusiya Məhkəməsinə müraciət edəcək. CHP-li millət vəkili Özgür Özəlin sözlərinə görə, partiya ikinci turun nəticələrindən sonra qərar verəcək: “Əgər ikinci turda 330 millət vəkili konstitusiya dəyişikliklərinin lehinə səs verərsə, Konstitusiya Məhkəməsinə üz tutacağıq”.

“Putin nüvə silahını ixtisar edərsə...” – Trampdan təklif

Donald Tramp Britaniyanın “Times” qəzetinə müsahibəsində deyib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp nüvə arsenalının ixtisarına əvəz olaraq, Rusiyaya qarşı sanksiyaların ləğvini təklif etməyə hazırdır.

“Rusiyaya qarşı sanksiyalar tətbiq edilib. Rusiya ilə yaxşı razılıqları əldə etmək olmazmı? Hesab edirəm ki, başlanğıc olaraq nüvə silahını azaltmaq bu prosesin tərkib hissəsi ola bilər. Ancaq Rusiya hazırda sanksiyalara görə xeyli əziyyət çəkir. Düşünürəm ki, sanksiyaların ləğvindən çox insan qazanacaq", - deyə o bildirib.

Torpaqlar bu tarixdə işğaldan azad ediləcək: maksimum 3 ayda… - GÜNÜN SİYASİ XÜLASƏSİ

“Putin nüvə silahını ixtisar edərsə...” – Trampdan təklif

"Düşünürəm ki, sanksiyaların ləğvindən çox insan qazanacaq"