x
Loading...

Uşaqlarla bağlı yeni qanun layihəsi müzakirəyə çıxarıla bilər

Uşaqlarla bağlı yeni qanun layihəsi müzakirəyə çıxarıla bilər
22:12 16 Yanvar 2017
131 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Milli Məclisin qarşıdakı yaz sessiyasında "Yuvenal ədliyyə haqqında" qanun layihəsi müzakirəyə çıxarıla bilər.

Milli.Az bildirir ki, bu barədə Trend-ə parlamentdən məlumat verilib.

Qeyd olunub ki, qanun layihəsi üzrə işlər davam etdirilir, sənəd hazırlanaraq müvafiq qurumlara təqdim olunub. Həmin qurumlar da təkliflərini verdikdən və işlər tam yekunlaşdıqdan sonra layihə Milli Məclisin plenar iclasına tövsiyə olunacaq. Bildirilib ki, sənəd hazırlanarkən beynəlxalq təcrübə öyrənilib və layihənin hazırlanmasına beynəlxalq təşkilatların ekspertləri cəlb olunublar.

Məlumatda deyilir ki, "Yuvenal ədliyyə haqqında" qanunun qəbul olunması Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin icrası, həmçinin Azərbaycanda mükəmməl yuvenal ədliyyə sisteminin formalaşması üçün irəliyə doğru atılmış addım olacaq və uşaqların hüquqlarının daha yaxşı təmin olunmasına xidmət edəcək.

Qeyd edək ki, qanun lahiyəsinin hazırlanmasına bir neçə il əvvəl start verilib. Yuvenal ədliyyə uşaqlara və yetkinlik yaşına çatmayanlara verilən cəzaların liberallaşdırılmasını nəzərdə tutur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/508372.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR