Qırğızıstanın "Manas" hava limanı yaxınlığında qəzaya uğramış "Boeing 747-400" yük təyyarəsinin 4-cü türk ekipaj üzvünün cəsədi tapılıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend "RİA Novosti"yə istinadən xəbər verir.

Qeyd edək ki, yanvarın 16-da səhər saatlarında Türkiyənin "MyCARGO Airlines" şirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsi Bişkek yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 37 nəfərin həlak olduğu bildirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində