Yanvarın 16-da Bişkek yaxınlığında qəzaya uğramış Türkiyəyə məxsus "Boeing 747" yük təyyarəsinin "qara qutu"ları artıq tədqiq olunmaq üçün Moskvadadır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan FHN-in mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.

Qeyd edək ki, yanvarın 16-da səhər saatlarında Türkiyənin "MyCARGO Airlines" şirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsi Bişkek yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində 4 ekipaj üzvü və qəsəbə sakinləri də daxil olmaqla 40-a yaxın adam həlak olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində