Rayondan Bakıya qonaq gələn gənc fırıldaqçılıqla qarşılaşıb. Saatlı sakini Daşqın Rzayevdən işə düzəltmək adı ilə pul istəyib və sənədlərini alıblar. Amma qarşı tərəf indi nə pulu, nə də sənədləri qaytarır. Özü də necə deyərlər yoxa çıxıb. Bu vəziyyətdə vətəndaş neyləməlidir? Əməkaşlarımız mövzunu araşdırıb.
Bakıya qonaq gəldi, amma fırıldaqçılarla üzləşdi.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Saatlı sakini Daşqın Rzayev 2 ay əvvəl dayısının təmir sexində Səbuhi adlı şəxslə tanış olub. Səbuhi deyib ki, onu işlə təmin edə bilər.
Hələ işə götürülməmiş Daşqından mühafizəçi geyimi üçün 80 manat alan Səbuhi onun şəxsiyyət vəsiqəsi və hərbi biletini özü ilə götürüb. Digər sənədləri isə hazırlamağı Daşqının özünə tapşırıb.
Səbuhinin hər şeyə görə pul istəməsindən şübhələnən Daşqın işə düzəlmək fikrindən vaz keçib. Səbuhinin fırıldaqçı olduğu elə bundan sonra bilinib. Gülməli və ağılasığmaz bəhanələr gətirməyə başlayıb.
Elə o vaxtdan Səbuhinin telefonuna zəng çatmır.
Hüquqşünas Asif Abdullayev deyir ki, inzibatı xətalar məcəlləsinə görə bu xırda talama və dələduzluq sayılır.
Belə hallarla qarşılaşanlar polisə müracit etməli, əlindəki mümkün faktları təqdim etməlidir.
Daşqın Rzayev deyir ki, əgər bu süjetdən sonra Səbuhi onu axtarıb sənədlərini geri qaytarmasa polisə müraciət edəcək.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində