Portuqaliya yığmasının sabiq xavbeki Dekonun “Fox TV”-yə danışdıqları böyük maraq doğurur. Fanat.Az xəbər verir ki, bəstəboy futbol veteranının bayram ərəfəsində söylədikləri hələ də dövri mətbuatda müzakirə olunur.
O, “Portu”da qazandıqları uğuru belə əsaslandırıb: “İndi bilmirəm, o vaxt belə deyim var idi: yaxşı komanda çox içir. “Draqao” stadionunun yaxınlığında balaca bir restoran tanıyırdım. Hər gün orda nahar edir, çaxır içirdik. İçmək deyəndə ki, küpünə girirdik! Bu hamımız üçün keçərliydi. Bir dəfə Mourinyo məşq saatını 17.00-a təyin etmişdi. Nahara yenə o restorana getdik, nəfəsimiz kəsilənə qədər içdik. Məşq zamanı futbolçulardan üçü Mourinyonun ayaqlarının altına yıxıldı. Onun necə havalandığını görməyə dəyərdi. Ertəsi bizi öldürməyə hazır idi. Buna rəğmən, həmin mövsüm bütün mümkün titulları qazandıq. Komandamızda rus Aleniçev varıydı. Araq içməyin həvəskarıydı. O, çaxırı ümumiyyətlə, su əvəzinə başına çəkirdi”.
Fanat.Az