Gənc qızların sevimlisi müğənni Zamiq Hüseynov sosial şəbəkə hesabında yeni paylaşımı ilə diqqətləri üzərinə çəkib.

Milli.Az xəbər verir ki, şou-biznesin yaraşıqlı müğənnisi bu dəfə şeir yazmaq bacarığını təqibçilərinə nümayiş etdirib.

Müğənni müəllifi olduğu şeiri: "Bu gecə şair olmağım gəlib. Olar?", - şərhi ilə paylaşıb.

Qeyd edək ki, yerli şou-biznesin ekstravant bəstəkar-müğənnisi olan Elza Seyidcahan yazdığı şeirləri ilə uzun müddət media və sosial şəbəkələrin əsas müzakirə mövzusuna çevrilməyi bacarıb.

Məhəmməd Vaqif
Milli.Az

Elza Seyidcahandan sonra Zamiq də bunu etdi - FOTO