Haqqında cinayət işi açılan Sevinc Osmanqızı Bakıya gəlməyəcək

Haqqında cinayət işi açılan Sevinc Osmanqızı Bakıya gəlməyəcək
18:36 6 Yanvar 2015
201 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Nərimanov Rayon Məhkəməsində tanınmış jurnalist Sevinc Osmanqızının cinayət işi üzrə məhkəmə prosesi başlanıb.

Prosesi izləyən müxbirinin verdiyi xəbərə görə, prosesə Məzahir Sadıxov sədrlik edib.

Prosesdə ittiham tərəfi vəsatətlə çıxış edərək hazırda ABŞ-da yaşayan S.Osmanqızının məhkəməyə gətirilməsini tələb edib.

S.Osmanqızının vəkili bildirib ki, onun müvəkkili ailə vəziyyəti və digər səbəblərdən Azərbaycana gəlmək imkanına malik deyil. Belə ki, xanım jurnalist həm işləmədiyi və maddi çətinlik çəkdiyi, həm də uşaqlarının təhsildən yayınmaması üçün ABŞ-dan Bakıya gələ bilmir.

İttiham tərəfinin vəsatəti baxılmamış saxlanılıb.

Növbəti məhkəmə prosesi yanvarın 13-ü saat 15:00-a təyin edilib. Bununla da bugünkü proses yekunlaşıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR