"Report" xəbər verir ki, bunu jurnalistlər və sabit vergi ödəyiciləri üçün keçirdiyi brifinqdə Vergilər Nazirliyinin departament direktoru Ələkbər Məmmədov bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda iqtisadi cəhətdən fəal əhalinin 2/3 hissəsi vergi ödəmir: "4,5 mln. iqtisadi fəal əhali var. Bunun 1,5 mln.-u əmək haqqından vergi ödəyir. Bəs qalanı hardadır? 3 mln. əhalinin yalnız bir hissəsi sabit vergi ödəyiciləridir. Onlar niyə vergi ödəməsin ki?"