Əməkdar artist Röya Ayxan "Oyan Azərbaycan" verilişində qonaq olub.
Sənətçi ilk olaraq öz adından söz açıb:
"Anam mənə Röyalə adını qoyub. Özüm belə deyə bilmirəm. Hamı da mənə Röya çağırır. Anama deyirəm ki, elə ora Röya yazdırardın. Anam da mənə qayıdıb deyir ki, orada adını yazdıranda mənə güldülər ki, ansambl adı qoyursan qızına. Anam o vaxtlar xalq artisti Niyaməddin Musayevin fanatı olub".
İfaçı oğlu Hüseyndən də danışıb:
"Mən oğlan övladı sevirəm. Mənim qız böyütməyim çox çətin olar. Oğlanla söhbətim tutur. Oğlumla 4 dildə danışırıq. Nənəsi ləzgidir, onun dilini əzbər bilir. Rus dilində danışır, azərbaycanca tam öyrənib, bağça isə ingilis dilli olub. Yaxşı ki, mənə yox, oxumaqda atasına oxşayıb. Mən Hüseynin 40-ı çıxana kimi yatmamışam . Bir dəfə də əlimdən düşüb, baxdım üzünə göyərmişdi. Bir şey olsaydı, özümü eyvandan atacaqdım. İndidən fikirləşirəm ki, o kiminlə evlənəcək, harda yaşayacaq. Birdən məni qoyub getdi". (big.az)