Rəfsəncaninin oğlu həbs olundu

Rəfsəncaninin oğlu həbs olundu
08:16 16 Mart 2015
35 Dünya
Ölkə mətbuatı
A- A+

İranda “Sistemin Məsləhətini Müəyyənləşdirmə Şurası”nın rəhbəri, sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncaninin oğlu Mehdi Haşimi korrupsiya ittihamı ilə cərimə və həbs olunub.

ANS PRESS-in məlumatına görə, bu barədə məlumat İranın ədliyyə orqanı olan “mizanonline.ir” agentlioyində yayılıb.

İranın ədliyyə məruzəçisi Qulam Hüseyn Möhsüni Ejei korrupsiyada ittiham olunan Mehdi Haşimi barəsində həbs, cərimə və ictimai xidmətlərdə fəaliyyət cəzası verildiyini açıqlayıb.

Faktla bağlı hələlik ətraflı açıqlama verməsinin mümkün olmadığını deyən Möhsüni Ejei şübhəli şəxs barəsində rüşvət, dövlət əmlakını mənimsəmə və dələduzluq qanununun 2, 3, və 5-ci maddələri ilə iddia qaldırıldığını, daha sonra ictimaiyyətə ətraflı məlumat veriləcəyini deyib.

İranlı millət vəkili Əhməd Təvəkküli parlamentdəki çıxışında Norveçin neft şirkətinin 2002 və 2003-cü illərdə “Cənubi Fars Qaz Şirkəti”nin tenderini udmaq üçün İran Milli Neft Şirkətinin yüksəkçinli məmurlarından olan Mehdi Haşimiyə 5.2 milyon dollar rüşvət verdiyi iddia etmişdi.

Norveçin “Statoil” şirkəti bu iddiaları qəbul edərək 10 il müddətində Haşimiyə 15.2 milyon dollar pul ödədiyini bildirmişdi.

Mehdi Haşimi isə bu iddiaların atasının siyasi imicini qaralamağa istiqamətləndiyini bildirib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=332038

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR