Polşa "Şərq Tərəfdaşlığı" proqramını canlandırmaq niyyətindədir

Polşa "Şərq Tərəfdaşlığı" proqramını canlandırmaq niyyətindədir
12:27 2 Fevral 2017
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 fevral. REPORT.AZ/ "Polşa Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramını yenidən canlandırmaq ümidi ilə Belarusla əlaqələri yaxşılaşdırmaq niyyətindədir".
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Polşanın xarici işlər nazirinin müavini Kjiştof Şimanski deyib.
O qeyd edib ki, proqramın iştirakçı olan ölkələrə müxtəlif yanaşma təklif edilərsə, "Şərq Tərəfdaşlığı"nın fəaliyyət göstərməsi mümkün olacaq. 
Qeyd edək ki, Aİ-nin altı şərq qonşusu - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus ilə yaxınlaşmasına yönəlmiş "Şərq Tərəfdaşlığı" proqramı 2009-cu ildə başlayıb. Proqramın təşəbbüskarları Polşa və İsveç olub.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/polsa-serq-terefdasligi-proqramini-canlandirmaq-niyyetindedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR