"Muğanbank" ASC nizamnamə kapitalını artırır

"Muğanbank" ASC nizamnamə kapitalını artırır
13:05 2 Fevral 2017
Ölkə mətbuatı
A- A+

17 yanvar 2017-cı il tarixində "Muğanbank" ASC-nin 1 dekabr 2016-cı il tarixində emissiyasına icazə verilmiş AZ1001005466 qeydiyyat nömrəli, ümumi məbləği 10 000 000 AZN təşkil edən, hər birinin nominal dəyəri 200 AZN olan 50 000 ədəd adi sənədsiz adlı səhmlərinin yerləşdirilməsinə dair yekun hesabat Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təsdiq edillmişdir.

Yerləşdirmədən sonra "Muğanbank" ASC-nin nizamnamə kapitalı 65 mln AZN-dən 75 mln AZN-dək artırılmışdır.

Azərbaycanın maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan  "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda bankın ölkə ərazisində 44 filialı və 9 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. "Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), WorldBusiness Capital, Inc. (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), The Green for Growth Fund, Southeast Europe (GGF), Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi nüfuzlu beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/513647.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR