DİN ümumvətəndaş pasportu almaq istəyən vətəndaşlara müraciət edib

DİN ümumvətəndaş pasportu almaq istəyən vətəndaşlara müraciət edib
15:57 2 Fevral 2017
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 fevral. REPORT.AZ/ Ölkə vətəndaşları ümumvətəndaş pasportu almaq üçün Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi ilə yanaşı, Nizami Rayon Polis İdarəsinə də müraciət edə bilərlər. 
Bu barədə “Report”a DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən məlumat verilib. 
Qeydiyyatda olduqları yerdən asılı olmayaraq vətəndaşlar Nizami Rayon Polis İdarəsinə (8-ci km. qəsəbəsi, Ş.Mirzəyev küçəsi 71) müraciət edərək 10 iş günü müddətinə ümumvətəndaş pasportu ala bilərlər.
Sənədlər həftənin bütün günləri səhər saat 9.00-dan axşam saat 18.00-a qədər qəbul edilir.
Əlavə məlumat almaq istəyənlər (012) 590-64-31 şəhər və (050) 555-59-91 mobil nömrələrinə zəng vura bilərlər. 

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/di-n-umumvetendas-pasportu-almaq-isteyen-vetendaslara-muraciet-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR