Azad Rəhimov: "Formula 1 rəhbərliyindəki dəyişikliyin Azərbaycana heç bir təsiri olmayacaq"

Azad Rəhimov: "Formula 1 rəhbərliyindəki dəyişikliyin Azərbaycana heç bir təsiri olmayacaq"
16:02 2 Fevral 2017
34 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 2 fevral. REPORT.AZ/ Formula 1 rəhbərliyindəki dəyişikliyin Azərbaycan Qran Prisinə heç bir təsiri olmayacaq. "Report"un məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib. 
O bildirib ki, Berni Ekklstounun Çeyz Keri ilə əvəzlənməsi Azərbaycan üçün heç bir fərq etmir: "Əvvəl necə olubsa, yeni rəhbər şəxslərlə də o qaydada işləyəcəyik. Bizim onlarla çox yaxşı əlaqlərimiz var".
A.Rəhimovun fikrincə, Formula 1-in hazırkı səviyyəyə çatmasında B.Ekklstounun müstəsna rolu var: "Lakin o, hissələrin böyük qismini başqa bir şirkətə satıb. Özünə isə 5 faiz saxlayıb. Hazırkı səhmdarlar onunla əməkdaşlıq etdirməməyi üstünlük verdilər". 
Qeyd edək ki, bu il Azərbaycan Qran Prisi 23 - 25 iyunda keçiriləcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azad-rehimov-formula-1-rehberliyindeki-deyisikliyin-azerbaycana-hec-bir-tesiri-olmayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR