Hətta sənin sirrini açanın da sirrini açma

Hətta sənin sirrini açanın da sirrini açma
21:47 2 Fevral 2017
111 Ölkə
Ölkə mətbuatı
A- A+

"Ey iman gətirənlər! Zənn və gümanların çoxundan çəkinin. Çünki gümanların bəzisi günahdır. (Bir-birinizin eybini, sirrini) Arayıb-axtarmayın, bir-birinizin qeybətini etməyin. Məgər sizdən kimsə ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Həmin işə ikrahla baxdınız. Allahdan qorxun. Həqiqətən Allah tövbələri qəbul edən və mehribandır". ("Hucurat" 12)

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Əli (ə) buyurub: "Sənə etibar edib əmanət tapşıran şəxsə xəyanət etmə, hətta o sənə xəyanət etmiş olsa belə. Onun sirrini faş etmə, hətta əgər o sənin sirrini faş etmiş olsa belə".
Allahın Peyğəmbəri (s) buyurub: "Məclislər əmanətdir və qardaşının sirrini faş etmək xəyanətdir. Bu işdən çəkin və yaxın qohumlarla əyləşməkdən (qohumluq təsübkeşliyindən) uzaq ol".
Allahın Peyğəmbəri (s) buyurub: "Din qardaşının sirrini ifşa etmək xəyanətdir. Buna görə bu işdən uzaqlaş".
İmam Kazim (ə) buyurub: "Allahın ərşinin kölgəsindən başqa bir kölgə olmayan gün, üç nəfər Allahın ərşinin kölgəsində olacaq: öz müsəlman qardaşını evləndirən, ya ona xidmət edən, ya da onun sirrini gizlədən şəxs".
İmam Rza (ə) buyurub: "Mömində bu üç xislət olmasa, mömin olmaz. Bir xislət öz Rəbbindən, bir xislət peyğəmbərindən və bir xislət də öz vəlisindəndir. Rəbbinin xisləti - sirr saxlamaqdır. Allah Təala buyurmuşdur: "Qeybi və sirri biləndir. Bəyəndiyi peyğəmbərdən başqa heç kəsi Öz sirrindən, qeybindən agah etməz"".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/513388.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR