Öskürəkdən qurtulmağın ASAN YOLU

Öskürəkdən qurtulmağın ASAN YOLU
22:27 2 Fevral 2017
200 Ölkə
Ölkə mətbuatı
A- A+

Havanın soyuması və siqaretdən istifadə öskürək hallarının artmasına səbəb olur. Öskürəyin inkişafının ən əsas səbəbi isə nəfəs borusu və ağciyərdəki xoşagəlməz tullantıların xaric olunmamasıdır. Lakin öskürəkdən sadə bir reseptlə xilas ola bilərsiniz. Bunun üçün evinizdə olan 3 ərzaqdan istifadə edin.

Milli.Az lent.az-a istinadən öskürəkdən xilas olmağın ən asan yolu ilə sizi tanış edir.

Ərzaqlar:
 
- 3 stəkan su
- 1 dənə soğan
- 1 dənə limon
- 2 xörək qaşığı bal
 
Hazırlanması:
 
3 stəkan suyu dərin bir qabda qaynadın. Sonra soğanı soyub iki yerə bölərək qaynayan suyun içərisinə atın və 15 dəqiqə qaynadın. 15 dəqiqə tamam olduqda soğanı qazanın içərisindən çıxarın və suyu ilıqlanmağa qoyun. Su ilindikdən sonra içərisinə 2 şorba qaşığı bal və limon suyu əlavə edərək içə bilərsiniz.
Qeyd: Soğan qoxusunun qarşısını almaq üçün içərisinə darçın əlavə edə bilərsiniz.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/513712.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR