Havay vulkanı Sakit okeanı DƏLİ ETDİ - İNANILMAZ VİDEO

Havay vulkanı Sakit okeanı DƏLİ ETDİ - İNANILMAZ VİDEO
10:58 3 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Havayı vulkanı Sakit okeanın suyunu qaynadıb.

Publika.az xəbər verir ki, ABŞ-ın geoloji xidməti Havay adasında Kilauea vulkanının püskürmə anının videosunu yayıb. Həmin vulkanın lavasının Sakit okeana axdığı bildirilib.

Lavanın bərk qızmış axını ilə suyun birləşməsi hündür buxar buludu yaradır. Bəzən onun hündürlüyü 30 metrə qədər yüksəlir.

Kilauea Havay adasının ən aktiv vulkanlarından biri hesab edilir. Son 30 ildir o daim püskürür, lakin son illər daha da intensiv olub. Ötən il may ayında vulkan lavasının həcmi o qədər çox idi ki, sahil xətlərinə qədər çatmışdı.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/video/186265.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR