“Azərsığorta”nın departament direktoru işdən çıxıb

“Azərsığorta”nın departament direktoru işdən çıxıb
11:32 3 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) Beynəlxalq əlaqələr və təkrarsığorta Departamentinin direktoru Vüqar Babakişiyev işdən çıxıb.
Bu barədə “Report”a “Azərsığorta”dan bildirilib.
Məlumata görə, onun yerinə hələ ki, təyinat olmayıb.
V.Babakişiyevin “Günay Sığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə gətiriləcəyi gözlənilir.
Xatırladaq ki, "Azərsığorta" 1991-ci ildə yaradılıb, ölkənin bütün şəhər və rayonlarında təmsil olunan yeganə sığorta şirkətidir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azersigorta-nin-departament-direktoru-isden-cixib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR