Nişanlı qızın üzüyünü oğurladılar - Nizami Kino Mərkəzində

Nişanlı qızın üzüyünü oğurladılar - Nizami Kino Mərkəzində
14:03 3 Fevral 2017
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nəsimi rayonunda yerləşən Nizami Kino Mərkəzində film izləməyə gələn qadının 9000 manatlıq brilyant üzüyü oğurlanıb.

“Report”un xəbərinə görə, bu barədə Nəsimi Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edən zərərçəkən özü məlumat verib.

Belə ki, A.Məmmədova adlı şəxs kino mərkəzinin sanitar qovşağında əlini yuyarkən uzüyünü çıxararaq kranın yanına qoyub. Geri qayıdanda isə üzüyünün orada olmadığını görüb.

Faktla bağlı Nəsimi RPİ-də araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/186305.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR