Türkiyənin bank sektorunda ixtisarlar başlayıb

Türkiyənin bank sektorunda ixtisarlar başlayıb
14:12 3 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ Türkiyənin depozit, inkişaf və investisiya bankları üzrə 2016-cı ildə şöbələrin ümumi sayı 412 vahid və ya 3,68%, işçilərin sayı isə 4 505 nəfər və ya 2,24% azalıb. 
"Report" "Habertürk" saytına istinadən xəbər verir ki, bu barədə Türkiyə Banklar Birliyi (TBB) tərəfindən yayımlanan hesabatda bildirilir. 
Hesabata görə, ölkədə iqtisadi artımın yavaşlaması ilə birlikdə bank sektorunun aktivlərində də eyni trend müşahidə edilir. Bu da bankların xərclərini azaltması üçün şöbə və işçilərin ixtisarına gətirib çıxarıb. 
Həmçinin, 2016-cı ilin sonuna Türkiyədə fəaliyyət göstərən 52 bankın şöbələrinin ümumi sayının 10 781-ə, işçilərin sayının isə 196 699 nəfərə aədər azaldığı bildirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/turkiyenin-bank-sektorunda-ixtisarlar-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR