Azərbaycanlı Milli Bankın departament direktoru ilə birlikdə saxlanılıb

Azərbaycanlı Milli Bankın departament direktoru ilə birlikdə saxlanılıb
15:05 3 Fevral 2017
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Ukrayna Milli Bankının ödəniş sistemləri departamentinin direktoru 25 min dollar rüşvət alarkən saxlanılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, onunla birlikdə 3 nəfər vasitəçi qismində yaxalanıb. Onlardan biri milliyyətcə azərbaycanlıdır.  
 
Bu barədə Azərbaycanın Ukraynadakı səfirliyinə yazılı məlumat verildiyi deyilir.
 
Milli bank rəsmisi aldığı rüşvət qarşılığında Ukraynanın "Platiservis" milli ödəniş sisteminin ölkə sərhədlərindən kənarda nağd və nağdsız ödənişlər həyata keçirə bilməsi üçün qurumu Milli Bankda qeydiyyatdan keçirəcəyinə söz verib.
 
Faktla bağlı cinayət işi başlanılıb, həbs-qəti imkan tədbirinin seçilməsi nəzərdən keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/514018.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR